02 May 2024 04:51

Fərqliliyimiz Uğurumuzdur

Eldəniz Səlimov məhkəməyə gətirildi-FOTO/VİDEO

Azadsöz.az xəbər verir ki, sərxoş halda polis əməkdaşını döyən millət vəkili Eldəniz Səlimov Binəqədi Rayon Məhkəməsinə gətirilib. 

Binəqədi Rayon Məhkəməsində Milli Məclisin deputatı Eldəniz Səlimov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılır.

Qeyd edək ki, iclas jurnalistlərə qapalı şəkildə keçirilir.

Xatırladaq ki, iyulun 29-da saat 1 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimov polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etmişdi.