Azadsöz.az xəbər verir ki, Heydər Əliyev Fondu Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanması xərclərini öz üzərinə götürüb.
Bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Fonduna tapşırıq verib.
Qeyd edək ki, M.Yaqub mayın 7-də İsmayıllı rayonunun Buynuz kəndində yaşadığı evdə vəfat edib.
O, həmin kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılıb