02 May 2024 06:06

Fərqliliyimiz Uğurumuzdur

Avro-2020-Bakıya bu komandalar gəlir-TARİX

Azadsöz.az xəbər verir ki,  Avro-2020-də bu gün keçirilən 1/8 final mərhələsinin oyunlarından sonra 1/4 finalın iki cütlüyü müəyyənləşib.Niderlanda 2:0 hesabı ilə qalib gələn Çexiya növbəti mərhələdə Danimarkaya rəqib olub. Bu komandalar arasında görüş iyulun 3-ü Bakı Olimpiya Stadionunda keçiriləcək.

1/8 finalın digər qarşılaşmasında isə Belçika son çempion Portuqaliyanı 1:0 hesabı ilə məğlub edərək 1/4 finala adını yazdırıb. Roberto Martinesin baş məşqçisi olduğu komanda növbəti mərhələdə iyulun 2-i Münhendə İtaliya ilə qarşılaşacaq.