02 May 2024 00:48

Fərqliliyimiz Uğurumuzdur

Göyçayda koronavirusa qarşı reydlər davam edir-FOTO

Azadsöz.az  xəbər verir  ki, Göyçayda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı aparılan qabaqlayıcı  tədbirlər  mütamadi olaraq davam  etməkdədir.Fəaliyyətinə icazə verilən obyektlərdə, əhalinin sıx olduğu yerlərdə  rayon rəhbəri  Mehdi  Səlimzadə başda  olmaqla, rayon  İcra  Hakimiyyəti  aparatının və rayon  polis şöbəsinin əməkdaşları  birlikdə  nəzarət-profilaktik reydlər davam  etdiriblər.

Son 3 gün ərzində keçirilən  reydlərdə  ictimai iaşə, ticarət, bərbərxana, gözəllik salonları, yas mərasimləri və digər sahələr üzrə 400 baxış keçirilib.Yoxlamalar zamanı 315 nöqsan aşkarlanaraq aidiyyəti şəxslərə xəbərdarlıq edilib.Altı nəfər barəsində protokol tərtib edilərək 600 manat cərimə olunub.

Qeyd  edək  ki, bununla  yanaşı baş  tutan  36 yas mərasiminin qarşısı alınıb. Həmçinin tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən 106 nəfərə mövcud sanitar-epidemioloji tələblər izah olunub.

Bir 1 kişi, ayakta ve açık hava görseli olabilir

 

PAGE TOP