11 May 2024 18:20

Fərqliliyimiz Uğurumuzdur

Prezident üç ölkəyə səfir təyin etdi – SƏRƏNCAM

Azadsöz.az  xəbər  verir  ki, Prezident İlham Əliyev Zaur Rəşid oğlu Əhmədovun Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Prezidentin  növbəti  sərəncamı  ilə Eldar Nadir oğlu Səlimov Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 

Bununla  yanaşı, prezidentin daha bir  sərəncamı  ilə Hüseyn Cəlal oğlu Hüseynov Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.