Azadsöz.az xəbər verir ki, Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev vəfat edib. Bu barədə məlumatı Azərbaycan Kinematoqrafçılar İttifaqının mətbuat katibi Əli Vəliyev verib.
O bildirib ki, Xalq artsiti bu gün səhər dünyasını dəyişib: “Xalq artistinin dəfni ilə müvafiq qurumlar məşğul olacaq”.
Xatırladaq ki, E.Quliyev yanvarın 18-də infarkt keçirərək xəstəxanaya yerləşdirilmişdi. Fevralın 23-ü evə buraxılmışdı. Vəziyyəti ağırlaşdığına görə aprelin 9-da yenidən xəstəxanaya yerləşdirilmişdi.
Allah rəhmət eləsin!