Göyçay rayonunda Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq rayonda yaşıllıq zolaqlarının salınması və müxtəlif növ dekorativ güllərin əkilməsi işləri davam etdirilir.
Azadsöz.az xəbər verir ki, 7 noyabr tarixində Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Yaşıllaşdırma Sahəsinin işçi kollektivi tərəfindən rayonun N.Nərimanov və M.Ə.Rəsulzadə küçələrinin kəsişməsində yerləşən əraziyə müxtəlif növ dekorativ güllərin əkilməsi işlərinə başlanıb.
İlkin olaraq güllərin əkilməsi üçün nəzərdə tutulmuş yerə münbit torpaq tökülüb, çalalar qazılıb və digər zəruri hazırlıq işləri görülüb.
Daha sonra əkilməsi həyata keçirilib. Yeni əkilən güllər suvarılıb və aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, yaşılllıq salınan əraziyə 300 ədəd xrizantema, 300 ədəd bigoniya, 800 ədəd viola və 100 ədəd kalendula adlı müxtəlif növ dekorativ güllər əkilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində əkilən dekorativ güllərin məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.
Səbuhi Eltonlu
Zəka Nağıyev
Gülşən Muradova
Arif Heydərov