Azadsöz.az xəbər verir ki, Türkiyənin məşhur “Hababam Sınfı” filmlərində “Bacaksız” ləqəbli tələbə rolunu canlandıran Tuncay Akça vəfat edib.
Bu barədə onun meneceri Kıvanç Terzioğlu sosial media hesabında bildirib.
Aktyorun İstanbulda ürəktutmasından vəfat etdiyi bildirilir.
“Hababam Sınıfı”nın dəyərli aktyoru Tuncay Akçanı itirdik. Ailəsinə və sevənlərinə başsağlığı diləyirəm”, – deyə K.Terzioğlu paylaşımında vurğulayıb.
Qeyd edək ki, “Bacaksız” rolu ilə məşhurlaşan aktyor 100-dən çox filmə çəkilib.