Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Laçın rayonunun Sus kəndinin indiki vəziyyətini göstərən videoçarxı şərhsiz təqdim edir.

Xatırladaq ki, Laçın rayonu Sus kəndi, dövlət başçısının tapşırğı əsasında, tamamilə yenidən tikilib və zəruri infrastrukturla təchiz edilib. İndiyədək Sus kəndində 59 ailə (215 nəfər) fərdi yaşayış evi ilə təmin edilib.