Azadsöz.az xəbər verir ki, 4 iyul tarixində Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Yaşıllaşdırma Sahəsi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar rayon İcra Hakimiyyətinin binasının qarşısına dekorativ güllərin əkilməsi işləri davam etdirilib.
Əkilməsi nəzərdə tutulan güllərin yerləri müəyyənləşdirilib, çalalar qazılıb və digər zəruri hazırlıq görülüb.
Daha sonra əkilməsi həyata keçirilib.Yeni əkilən güllər suvarılıb və aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, rayon İcra Hakimiyyəti binasının qarşısına 84 ədəd dekorativ güllər əkildi.