Azadsöz.az xəbər verir ki, ötən gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun müaviq əmri ilə Yaşar Mail oğlu Əhmədov Göyçay Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru vəzifəsindən azad edilib.
Göyçay Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası xəstəxananın həkim-psixiatrı Elşən Cavadova həvalə edilib.
Qeyd edək ki, Elşən İlham oğlu Cavadov 17 avqust 1989-cu ildə Göyçay rayonunun Ləkçıplaq kəndində anadan olub.2007-2013-cü illərdə Azərbaycan Dövlət Tibb Universitetində təhsil alıb.
O, 2014-cü ildən Göyçay Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində həkim-psixiatr vəzifəsində çalışır.
Səbuhi Eltonlu