20 Sentyabr 2024 23:25

Neftçalada saxlanılan paytaxt sakinindən 12 kiloqram narkotik götürülüb

Azadsöz.az xəbər verir ki, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Bakı şəhər sakini Kamran Əliyev rayon ərazisində saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 12 kiloqram marixuana aşkar edilib.

Araşdırmalar zamanı K.Əliyevin narkotik vasitəni sosial şəbəkələr vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından aldığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com