Göyçay rayonunda Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq rayonda dekorativ güllərin əkilməsi davam etdirilir.
Azadsöz.az xəbər verir ki, 25 iyun tarixində Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Yaşıllaşdırma Sahəsinin işçi kollektivi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay rayonu Natəvan küçəsində yerləşən yol dairələrinə, Heydər Əliyev prospektində rayonun girişini bildirən “Göyçay” giriş lövhəsinin qarşısındakı yaşıllıq ərazisinə və prospektin mərkəzi hissəsinə dekorativ güllərin əkilməsi işlərinə başlanıb.
Əvvəlcə qeyd olunan yaşıllıq ərazilərinin ot örtüyü biçilərək səliqəyə salınıb. Əkilməsi nəzərdə tutulan dekorativ güllərin yeri müəyyənləşdirilib, torpaq örtüyü hamarlanıb, çalalar qazılıb və digər zəruri hazırlıq işləri görülüb.
Daha sonra əkilməsi həyata keçirilib. Yeni əkilən güllər suvarılıb və aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, sözügedən ərazilərə 268 ədəd kalendra dekorativ gülü əkilib.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev
Arif Heydərov