23 Noyabr 2024 16:57

Göyçayda şəhid Maarif Həsənovun atası qanaxma diaqnozu ilə xəstəxanaya çatdırılıb-FOTO

Azadsöz.az  xəbər  verir  ki, 44 günlük  Vətən müharibəsində  qanı  ilə  tarix  yazaraq,  şəhidlik zirvəsinə  ucalan  Şəhid  Maarif  Həsənovun atası Rahim Həsənovun bu  gün  səhər  saatlarında səhhətində  problemlər  yaranıb.O, ağciyər və bronxların kandidozuna (qanaxma) diaqnozu  ilə Bioloji Təbabət Klinikasının Göyçay  filialına  çatırılıb.

İlkin olaraq  həkim Raqif Xəlilov tərıfindən şəhid atasının ağciyəri və digər  orqanları kompüter tomoqrafiya  müayinəsi olunub.Daha sonra  ambulator müalicə  olunaraq  evə  buraxılıb.Şəhid  atasının vəziyyətinin yaxşı olduğu bildirilir.

Qeyd edək ki,  şəhid  Maarif Rahim oğlu Həsənov   2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak  edib.Nəhayət  35 gündən sonra  2020-ci il noyabrın 17-də Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olması xəbəri gəlib. 17 noyabr 2020-ci ildə Göyçay şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Prezident İlham  Əliyevin   sərəncamına  əsasən, Maarif Həsənov  ölümündən  sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”  və “Cəsur döyüşçü” medalları  ilə  təltif edilib.

Qeyd  edək ki, Göyçayda küçələrdən birinə  şəhid Maarif Həsənovun adı  verilib.Bununla  yanaşı  adına  xatirə  bulağı  tikilib.

Səbuhi  Eltonlu

Gülşən Muradova

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul