21 Sentyabr 2024 10:52

Gəncədə odlu silahlar satan şəxs saxlanıldı – FOTO/VİDEO

Azadsöz.az xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı 2000-ci il təvəllüdlü Azər Abbasov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, ondan 12 ədəd müxtəlif markalı avtomat və tapança aşkarlanıb. Saxlanılan şəxs silahları Göygöl rayonu ərazisindən götürdüyünü və satmaq üçün Gəncə şəhərinə gətirdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, A. Abbasov barəsində həbs qətimkan tədbiri seçilib.
 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com