21 Sentyabr 2024 04:07

“28 May” stansiyasında qeydə alınmış ölüm faktı araşdırılır

Azadsöz.az xəbər verir ki, Nəsimi rayon Prokurorluğu metronun “28 May” stansiyasında qeydə alınmış ölüm faktını araşdırır.

Bu barədə  Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

“İyunun 2-də 1957-ci il təvəllüdlü Şərafəddin Abdullayevin metronun “28 May” stansiyasında dəmir yolu xəttinin üzərinə düşərək ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır”, – prokurorluqdan bildirilib.

Qeyd edək ki, bu gün “28 May” stansiyasına qatar daxil olanda, sərnişin stansiya yoluna düşüb və yerindəcə dünyasını dəyişib.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com