Azadsöz.az xəbər verir ki, Nazirlər Kabineti “Müstəqil ekspert fəaliyyətinin həyata keçirildiyi sahələr”i təsdiqləyib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, müstəqil ekspertlər aşağıdakı sahələr üzrə fəaliyyət göstərəcəklər:
– avtomobil nəqliyyatı sahəsi − bütün avtonəqliyyat vasitələri;
– dəmir yolu nəqliyyatı sahəsi − bütün dəmir yolu nəqliyyatı vasitələri;
– su nəqliyyatı sahəsi − bütün dəniz və daxili su nəqliyyatı vasitələri;
– hava nəqliyyatı sahəsi − bütün hava nəqliyyatı vasitələri;
– əmlak sahəsi – daşınmaz əmlak və bu sahələrdə qeyd olunan digər fəaliyyət sahələrinə aid olmayan daşınar əmlaklar;
– maliyyə sahəsi − kreditorların əmlak mənafeləri, əmlakın bazar qiymətinin düşməsi halında ondan istifadə və kommersiya fəaliyyətində baş verən fasilə ilə əlaqədar sığortalıların əmlak mənafeləri, habelə hüquqi xidmətlər və icraatların keçirilməsi ilə bağlı xərclər;
– mühəndislik sahəsi – dəzgah, avadanlıq, maşın və mexanizmlər, texniki qurğular, montaj və quraşdırma işləri, təmir və inşaat, elektron cihazlar;
– kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları sahəsi − bütün kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları;
– kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar sahəsi − bütün kənd təsərrüfatı heyvanları;
– akvakultura məhsulları sahəsi − akvakultura yolu ilə balıq və digər su bioresurslarından əldə olunmuş, emal edilmiş və istehlaka yönəldilən akvakultura obyektləri.