23 Noyabr 2024 22:21

Böyük güclərin oyunlarına qarşı Azərbaycan modeli

Azadsöz.az xəbər verir ki, İranın İsrailə hücumu qəfil başladığı kimi, 5 saat davam edəndən sonra elə həmin spontanlıqla da başa çatdı.

Tərəflərin hər biri uğuru məhz onun əldə etdiyini bəyan edir. İran rəhbərliyinin bəyanatlarına görə, İsrailə endirilmiş PUA və raket zərbələri nəticəsində “qarşıya qoyulmuş məqsədlərin hamısına çatılıb”.

İsrail isə İranın hücumda 210 “Shahed-238” zərbə PUA-sından və 36 ballistik raketdən istifadə etdiyini, onların 99 faizinin səmada zərərsizləşdirildiyini vurğulayır.

İranın raketlərindən və PUA-larından qorunmaq üçün İsrail 5 saatda 1,3 milyard dollar xərclədiyini bəyan edir.

İranın “Dürüst vəd” adlandırdığı bu əməliyyatın ən önəmli məqamlarından biri də prosesdəki koalisiyalar idi.

Qərb ölkələrinin tam əksəriyyəti, habelə İordaniya və Misir İsrailin müdafiə hüqununu tanıyaraq, onu dəstəklədilərsə, Yaxın Şərq bölgəsində Suriya, Yəmən rəsmən, Suriya, Livan və İraqdakı proksi qruplaşmalarsa birbaşa şəkildə İranın mövqelərini paylaşdıqlarını bəyan etdilər.

Təl-Əvivlə Tehran onillərdən bəri davam edən qarşıdurmalarını yeni müstəviyə çıxararaq, Yaxın Şərqdəki spontan gərginliyin səviyyəsini artırmaqla yanaşı, “Pandora qutusu”nu açdılar.

Rusiyanın Ukraynada hərbi əməliyyatlar apardığını, Moskvanın faktiki olaraq bütün Qərb ölkələri, xüsusilə də NATO və ABŞ ilə üzləşməsi Şərqi Avropadan Mərkəzi Asiyaya, Baltik dənizindən Fars körfəzinədək olan nəhəng arealda dövlətlərin düşərgələnməsinə dəlalət edir.

Çin və Tayvan arasındakı qarşıdurma, Şimali və Cənubi Koreyaların müharibə astanasında olmaları, Afrikanın ən müxtəlif bölgələrində hərbi əməliyyatların intensivləşməsi də qlobal geosiyasətdə hərarətin ifrat dərəcədə artdığını göstərir.

Azərbaycan isə bütün bu proseslərin fonunda təhlükəsizlik, stabillik və rifah adası təsiri bağışlayır. Rəsmi Bakının indiki mövqeyinin təməlində mövcud çağırışlarla risklərə effektiv cavab verən rasional, düşünülmüş və praqmatik xarici siyasət, ölkə vətəndaşlarının maraqlarının təminatına yönəlmiş daxili isyasət durur.

Prezident İlham Əliyevin milli inkişaf modelinin təmkinlə reallaşdırılması, nəzərdə tutulan nəticələrin əldə edilməsi, siyasi, hüquqi və sosial-iqtisadi islahatların davamlı olaraq həyata keçirilməsi, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir.

İnkişafla sabitliyin əsasında duran əsas amilsə hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab verməsidir. Bütövlükdə, Azərbaycan vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsində, sosial rifahın yaxşılaşdırılmasında, inkişafın davamlı olmasında mühüm rol oynayan amillərdən biri etibarlı təhlükəsizlik və sabitlik mühitidir. Təsadüfi deyil ki, beynəlxalq reytinq agentliklərinin hesabatlarında da ölkəmizdə hökm sürən etibarlı sabitlik mühiti öz əksini tapır və yüksək qiymətləndirilir.

Bunlara paralel olaraq ölkəmizin milli təhlükəsizliyi yüksək səviyyədə təmin edilib. Siyasi, iqtisadi, hərbi, sosial, ekoloji və digər istiqamətlərdə təhlükəsizliyin təmin olunması prinsipial strateji maraqların gerçəkləşməsinə və inkişaf dinamikasının davam etməsinə münbit şərait yaradıb.

Qlobal geosiyasi arenadakı vəziyyətin mövcud durumuna və mümkün perspektivlərinə təsir edən qarşıdurmalar, hərbi əməliyyatlar, iqtisadi böhranlar isə kataklizmləri daha da dərinləşdirir ki, nəticədə, dövlətlər arasında inteqrasiya və əməkdaşlıq zəifləyir, siyasi münasibətlərdə müəyyən qədər etimadsızlıq mühitini gücləndirir, ziddiyyətləri artırır.

Qlobal miqyasda hökm sürən belə bir mürəkkəb şəraitdə Azərbaycan ictimai-siyasi sabitliyin təmin olunduğu, pozitiv beynəlxalq imicə sahib olan ölkələr sırasında avanqard yerlərdən birini tutur.

Qanlı toqquşmalar, müharibələr, kütləvi etiraz aksiyaları, polis zorakılığı, insan haqlarının kobudcasına pozulması, demokratik dəyərlərin tapdalanması – bütün bunlar dünyanın, demək olar ki, bütün yerlərində müşahidə olunurdu. Avropada, Asiyada, Latın Amerikasında, postsovet məkanında, bizim bölgəmizdə, Yaxın Şərqdə, dünyada gərginlik artır.

Azərbaycan isə sabitlik məkanı kimi inkişaf edir. Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Azərbaycan xalqının iradəsi Azərbaycanda sabitliyin əsas təminatçısıdır. Xalq tərəfindən bizə göstərilən dəstək, bizim siyasətimizə verilən yüksək qiymət həm bizi daha da ruhlandırır və eyni zamanda, ölkəmizdə siyasi və iqtisadi sahələrdə sabitliyi təmin edir.

Sabitlik pozulanda ölkələrdə böhran, xaotik proseslər baş verir, ölkələr böyük zərər görürlər. Biz bunu 1990-cı illərin əvvəllərində öz tariximizdə görmüşük. Azərbaycanda sabitlik pozulmuşdu, ölkə böhran içində idi, bizim böyük itkilərimiz olmuşdu. Amma artıq Azərbaycan sabitlik şəraitində yaşayır və bu illər ərzində ölkəmiz çox böyük inkişaf yolu keçib. Ölkəmiz əsrə bərabər inkişaf yolu keçdi və bu gün Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır.

İkinci Qarabağ Müharibəsi, daha sonra isə lokal antiterror tədbirləri nəticəsində sərhəd toxunulmazlığını, suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanda hakimiyyətlə xalqın sinergiyası səbatlı inkişafla dayanıqlı təhlükəsizliyi təmin edib.

Ölkə ərazisində erməni separatizminə son qoyulması, Qarabağ probleminin birdəfəlik həlli, təbii ki, təhlükəsizliyi daha da möhkəmənləndirdi, xalqla dövlətə qarşı yönəlmiş bir çox təhdidlərin qarşısını aldı.

Hazırda, Üçüncü Dünya Müharibəsinin faktiki olaraq başladığı dövrdə ölkəmizdən şimalda və cənubda hərbi əməliyyatlar gedir, zərbə PUA-ları, ballistik raketlər və qırıcı təyyarələr uçuşurlar. Ukraynadakı hərbi əməliyyatlarla paralel olaraq İran-İsrail qarşıdurması əvvəlki geosiyasi konstruksiyaların darmadağın olduğunu, yeni mexanizmlərin formalaşdıran proseslərin isə təhlükəli və ağrılı olduğunu göstərir. Böyük güclər dünyanı yenidən bölməyə çalışır, ayırıcı və məhdudlaşdıcı xətlərlə maraqlarının təminatına can atırlar.

Cənubi Qafqaz bölgəsi də hədəfdəki məkanlardan biridir. Avropa İttifaqının Ermənistandakı müşahidə-monitorinq missiyası (EUMA) adı altında Fransa və ABŞ-nin Ermənistanda böyük hərbi kontingent yerləşdirməyə çalışması, Brüsseldə keçirilmiş ABŞ-Avropa İttifaqı-Ermənistan müzakirələri regionda yeni qüvvələr nisbətinin formalaşdırılması cəhdidir.

Azərbaycan, Türkiyə və Rusiya belə cəhdin çox təhlükəli olduğuna, bölgə dövlətləri arasında qarşıdurma yaratmaq niyyətinə xidmət etdiyini vurğuladılar, lakin İranın süst və zahirən sükutlu mövqeyi, təbii ki, suallar doğurmaya bilmir.

İndi vulkan kraterini xatırladan Avrasiyada sülhlə stabiliyin bərqərar olmasında maraqlıdır və Cənubi Qafqazın hansısa dövlətlərlə təşkilatların geosiyasi sınaqlar poliqonuna çevrilməsinə qətiyyətlə etiraz edir.

Çünki Azərbaycan bölgəmizdə inkişafın, stabilliyin və sülhün təminatçısı, tarıma çəkilmiş geosiyasi xətləri sakitləşdirən amil kimi çıxış edir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul