20 Sentyabr 2024 19:27

Beyləqanda saxlanılanlardan 5 kiloqram narkotik vasitə və 1 ədəd “Kalaşnikov” aşkarlandı

Azadsöz.az xəbər verir ki, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri Nizami Baxışov, Ramiz Əmrahov və Teymur Qasımov saxlanılıblar. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə onlardan 5 kiloqramdan artıq marixuana aşkarlanıb.

Bundan əlavə, keçirilən digər tədbir zamanı qanunsuz olaraq silah-sursat əldə edərək saxlayan rayon sakini Ramiz Cəfərov tutulub. Ondan 1 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd daraq və 29 ədəd patron aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com