”Azadsöz.az” AQTA-ya istinadən xəbər ki, daxil olan müraciət əsasında Cəlilabad rayonu, Muğan kəndində fəaliyyət göstərən ərzaq mağazasında Agentliyin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, ərzaq mağazasında istifadə müddəti bitmiş ümumi çəkisi 17.700 kq müxtəlif ərzaq məhsullarının və ümumi həcmi 18.5 litr müxtəlif qazlı suların satışının həyata keçirildiyi aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq, sahibkar barəsində protokol tərtib edilib, istehlaka yararsız məhsulların satışının qarşısı alınıb və məhv edilməsinə dair qərar qəbul olunub.
Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması üçün ardıcıl tədbirlərini davam etdirir.