20 Sentyabr 2024 21:50

Ermənilərin Xocalıda törətdiyi soyqırımının Ağdabana uzanan izləri (VİDEOMÜSAHİBƏ)

Azadsöz.az xəbər verir ki, Erməni vandallarının Xocalıda törətdiyi soyqırımının izlərini Ağdaban kəndində də gördük.

Bunu  hərbi ekspert Azər Bayramov bildirib.

“Erməni silahlı birləşmələri tərəfindən törədilmiş Ağdaban faciəsi Ermənistanın Azərbaycana qarşı törətdiyi ən böyük cinayətlərdən biridir. Ağdaban kəndi Birinci Qarabağ müharibəsində iki dəfə erməni silahlıları tərəfindən soyqırımına məruz qalıb. Həmin dövrdə Dağlıq Qarabağda separatçıların yerləşdiyi yerlər var idi və Ağdaban ərazicə onlara yaxın idi.

Ağdaban kəndinin çox strateji əhəmiyyəti var idi. Belə ki, Kəlbəcərlə Gəncəni birləşdirən yol Murov dağı istiqamətindən keçirdi. Həmin yolu kəsmək strateji baxımdan üstünlük yaradırdı. Ermənilərin həmin dövrdə kəndə hücum etmələrinin əsas hədəflərindən biri də yolun tutulması idi”, – deyə o qeyd edib.

 

Geniş videomüsahibəni təqdim edirik:

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com