20 Sentyabr 2024 19:44

Saatlıda qanunsuz balıq ovlayan şəxs saxlanılıb

Azadsöz.az xəbər verir ki, Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Baş Mil-Muğan kanalında qanunsuz balıq ovu ilə məşğul olan Saatlı rayon sakini E.Həsrətov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, həmin şəxsdən qadağan olunan ov qurğuları, eləcə də qanunsuz ovlanmış şamayı və külmə balıqları aşkar edilib.
Araşdırmalar aparılır.
kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com