“Azadsöz.az” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Moskvada konsert zalında terror aktı törətməkdə şübhəli bilinən şəxslər məhkəməyə gətirilib, onlara qarşı rəsmi ittiham irəli sürülüb.
Saxlanılanlardan ikisi dəstə halında terror aktı törətməkdə ittiham olunub. Ümumilikdə terror aktında 4 nəfər şübhəli kimi saxlanılıb.
***
18:25
Azadsöz.az xəbər verir ki, Krokusda terror aktını törədənlər Rusiya Federasiyasının İstintaq Komitəsinə dindirilmək üçün aparılıb.
Bu barədə Rusiya teleqram kanalları video paylaşıb.
Onlara qarşı qətimkan tədbirinin seçilməsi üzrə hərəkətlər icra olunacaq. Hücumda iştirakda şübhəli kimi 4 nəfər tutulub.
“Crocus City Hall”da törədilən terror aktı zamanı hadisə yerindən 2 “Kalaşnikov” avtomatı, 4 dəst döyüş sursatı və 500-dən çox patron müsadirə edilib.