20 Sentyabr 2024 18:46

“Nikosayağı”na hökm oxundu

Azadsöz.az xəbər verir ki, “Nikosayağı” kimi tanınan bloqer Nicat Şakirlinin törətdiyi qəza ilə bağlı məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən iclasda müttəhim Şakirlinin vəkilləri müdafiə çıxışı ediblər..

Prosessual qaydaya görə daha sonra müttəhim son söz deyib və hökm oxunub.

Hökmə əsasən, Nicat Şakirli cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Mütəllimov qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Mütəllimov idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb. Faktla bağlı cinayət işi başlanıb. “Nikosayağı”ya Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com