Azadsöz.az xəbər verir ki, Qətərin paytaxtı Dohada Azərbaycan Mədəniyyəti Günlərinə start verilib.
Məlumata görə, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən tədbirlər fevralın 24-dək davam edəcək.
Qeyd edək ki, hazırda Qətər Milli Kitabxanasında tədbirin məşqi keçirilir. Kadrlarda musiqiçilərimiz tərəfindən Azərbaycan muğamının ifası əks olunub.