20 Sentyabr 2024 20:38

Amansızlıqla qətlə yetirilən Əhmədovlar ailəsinin üzvləri dəfn edildilər-FOTO

Azadsöz.az xəbər verir ki, ötən gün Xətai rayonunda amansızlıqla qətlə yetirilən ailə üzvləri bu gün dəfn olunublar.

Mərhumlar Suraxanı rayonunda yerləşən Dədə Qorqud qəbiristanlığında torpağa tapşırılıb.

Xatırladaq ki, ötən gün Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun 5 yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com