20 Sentyabr 2024 18:38

DYP-dən hava ilə bağlı hərəkət iştirakçılarına ÇAĞIRIŞ

Azadsöz.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Qurum qeyri-sabit hava şəraitinin paytaxt yollarında xoşagəlməz hadisələrə səbəb olmaması üçün hərəkət iştirakçılarına müraciət edərək, onları ehtiyatlı olmağa, yolların sürüşkənliyini nəzərə alaraq, sürət həddini minimuma endirməyə, ara məsafəsini normadan artıq saxlamağa, nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə çağırıb.

“Bununla yanaşı, piyadalardan da əlverişsiz hava şəraitinin yaratdığı çətinlikləri nəzərə alaraq, yollarda öz həyat və sağlamlıqlarına qarşı daha diqqətli olmalarını, yol hərəkəti qaydalarına sözsüz əməl etmələrini xahiş edirik”, – məlumatda deyilir.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com