21 Sentyabr 2024 03:50

Qərbi Azərbaycanla bağlı “Yada Daşı” sənədli filmi hazırlanıb -VİDEO/ FOTO

Azadsöz.az xəbər verir ki, “Müasir Yaradıcılığa Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmış “Yada Daşı” sənədli filminin ilkin təqdimat mərasimi olub.

Gənclərin və yaradıcı qrupun iştirakı ilə təqdim olunan film qədim Azərbaycan torpağı olan Qərbi Azərbaycanda – Zəngəzurda dağıdılmış tarixi abidələrimiz və vətənsiz qalmış soydaşlarımızın acı taleyindən bəhs edir.

“Yada Daşı” filmində peşəkar mütəxəssislər, sahəvi ekspertlərin rəyləri və həmin abidələrin yerləşdiyi ərazilərdə yaşayan qərbi azərbaycanlıların xatirələri geniş izləyici kütləsi üçün vizual formada təqdim olunur. Filmdə müsahibələrlə yanaşı, tarixi və unikal sayıla biləcək arxiv fotoşəkillərə, videokadrlara da geniş yer verilib.

Yaxın vaxtlarda geniş auditoriya üçün filmin Azərbaycan və ingilis dilində təqdimatı keçiriləcək.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com