20 Sentyabr 2024 18:22

HƏMAS-ın hücumları nəticəsində ölən israillilərin sayı açıqlandı

“Azadsöz.az”  xarici KİV-ə istinadla xəbər verir ki,HƏMAS hərəkatının radikal qanadının hücumları nəticəsində azı 1008 israilli həlak olub, daha 3418 nəfər yaralanıb.

Bu rəqəmlər İsrailin Vaşinqtondakı səfirliyinin X sosial şəbəkəsində (keçmiş Twitter) dərc edilmiş bəyanatda yer alıb.

HƏMAS-ın hücumundan sonra İsrail müharibə vəziyyətinə keçdiyini, “Dəmir Qılınclar” əməliyyatının başladığını və Qəzza sektorunun tam blokadaya alındığını elan edib.

Hazırda İordan çayının qərb sahilində toqquşmaların davam etdiyi və Livanla sərhəddə tərəflərin bir-birini artilleriya atəşinə tutduğu bildirilir.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com