Abel Məhərrəmova qarşı 800 minlik pul iddiası təmin edildi

Azadsöz.az  xəbər  verir  ki, Bakı Dövlət Universitetinin sabiq rektoru, AMEA üzvü Abel Məhərrəmova qarşı pul iddiası üzrə dünən məhkəmə qərar çıxarıb. Qərara görə, BDU-nun sabiq rektoru 800 min manatdan artıq vəsait ödəməlidir. Sabiq rektor özünün villa və obyektlərində görülən işlərə görə usta və fəhlələrə bu məbləğdə borclu qalıb.

Belə ki, Abel Məhərrəmov Bakı şəhəri, Süleyman Dadaşov küçəsindəki 4 mərtəbəli villası üçün müqavilə ilə 71 ədəd pilləkənin hazırlanması və quraşdırılmasına görə 21300 manat (bir ədədi 300 manatdan); mansardın quraşdırılmasına görə 15000 manat; qapıların hazırlanması və quraşdırılmasına görə 20000 manat; dəmir barmaqlıqların hazırlanması və quraşdırılmasına görə 15000 manat; istilik sisteminin qarşısında “besedka” hazırlanması və quraşdırılmasına görə 10000 manat; sahəsi 30 kv.m olan barın quraşdırılmasına görə 9000 manat (metri 300 manatdan); ümumi dəyəri 90 300 manat olan işlərə görə ödməli olduğu vəsaiti ödəməyib.Bundan başqa rektor özünəməxsus “Mona Liza” şadlıq sarayında bar, mebel və s. işlər gördürüb. Buna görə də hesablanmış 70 000 manatdan cəmi 25 min ödəyib.
Abel Məhərrəov, həmçinin Mərdəkan qəsəbəsindəki bağ evində sahəsi 44 kv. m olan kitab mebeli, mətbəx mebeli də indiyə kimi ödəniş etməyib.
Sabiq rektor daha sonra Bakı şəhəri, Şərifzadə küçəsindəki “Qlobus” bağçasında materialı ustalardan olmaqla ümumi dəyəri 80000 manat olan işlər gördürüb. Burada qapıların, mebelin yığılması, çarpayıların və s. hazırlanmasına görə yalnız alınmış materialın pulu – 15000 manat ödənilib. Yerdə qalan 65000 manat ödənilməyib.
Abel Məhərrəmov ona etibar edən usta briqadasına Nabranda da “atıb”. Oradakı “El Faro” Ailəvi İstirahət və Əyləncə Mərkəzində ümumi dəyəri 15000 manat olan (bir ədədi 50 manatdan) 300 ədəd qapının quraşdırılması; 4000 kv.m sahədə ümumi dəyəri 160000 manat olan (kvadrat metri 40 manatdan) üzləmə işlərinin icrası; mebellərin yığılması üzrə ümumi dəyəri 20000 manat; barların yığılması üzrə ümumi dəyəri 15000 manat olan işlərin icrasına görə, ödəməli olduğu 210000 manat əvəzinə 40 ayda cəmi 24000 manat verib. Rektor bu günə kimi isə 186000 manat ödəməyib.
Beləliklə, bir neçə epizod üzrə Abel Məhərrəmova qarşı 800 min manatdan artıq pul iddiası irəli sürülüb və məhkəmə bu iddianı təmin edib.

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir