Azadsöz.az xəbər verir ki, Fransanın dövlət başçısı Emmanuel Makron ermənilərlə və Ermənistanla bağlı mövqeyində dövlətini, xalqını və ölkənin siyasətini alçaldaraq bir dəstə daşnakın istəklərindən asılı vəziyyətə salıb. Fransa tarixi boyunca belə aşağılanmamışdı…
“Ən çətin məsələlərin həlli sonraya qalıb”.
ABŞ-ın dövlət katibi Antoni Blinken Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən görüşünə dair şərhində belə deyib.
Onun sözlərinə görə, razılığa nail olmaq nə qədər asan olsa da, bəzi hallarda çətinləşir: “Çünki ən mürəkkəb məsələlər hələ həllini tapmayıb”.
Xatırladaq ki, iyunun 27-29-da C.Bayramov və A.Mirzoyan arasında ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində danışıqlar aparılıb.
Nazirlər Vaşinqtonda olarkən ABŞ-ın dövlət katibi esenyurt escort Antoni Blinken, habelə prezidentin köməkçisi və milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.
Azərbaycan XİN-in rəsmi məlumatına əsasən, XİN başçıları və onların heyətləri arasında Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqlarda əlavə tərəqqiyə nail olunub.
Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına yönəlmiş danışıqlar prosesində vasitəçilik etməyə can atan, daha doğrusu, “artıq vasitəçi olduğunu” bəyan edən Fransa isə destruktiv və dağıdıcı fəaliyyəti ilə yanaşı, absurl bəyanatları ilə fərqlənir.
Konkret halda Fransanın dövlət başçısı Emmanuel Makron siyasi təlxək renomesini təsdiqləməkdədir.
E.Makron barədə onun əsas siyasi rəqibi, siyasəti irqçilik, islamofobiya və ifrat şovinizm olan Fransa Milli Cəbhəsinin lideri Mari Le Pen dəqiq demişdi: “Le clown n’est pas triste au fond, il est triste en tant que clown” (“Bu sirk onu şənləndirmir – sanki qüssəli təlxəkdir”).
Cənubi Qafqazda geosiyasi təsir rıçaqlarına yiyələnməyə, eyni zamanda danışıqlar prosesində lider mövqe tutaraq Rusiya Federasiyası ilə yanaşı, Türkiyəni də “oyundan kənarlaşdırmaq” məqsədi güdən Emmanuel Makron son üç ildə “ermənidən artıq erməni” statusunu əldə saxlayır.
44 günlük İkinci Qarabağ Müharibəsində darmadağın edilmiş Ermənistan ordusunun qalıqlarını yenidən “effektiv” silahlı qüvvələr vəziyyətinə gətirmək üçün İrəvana silah-sursat və hərbi texnika satmağa qərar verən, Ermənistanı və erməniləri istisnasız olaraq bütün məsələlərdə tam dəstəklədiyini vurğulayaraq Azərbaycana qarşı kəskin mənfi, hətta düşmən mövqe tutan Emmanuel Makron acınacaqlı vəziyyətdədir.
Daxili siyasi arenada ölkə vətəndaşları arasında nüfuzu sürətlə azalan, sürəkli etiraz aksiyalarını səngidə bilməyən E.Makron qarşıdan gələn bələdiyyə, parlament və prezident seçkilərində məğlub olmamaq üçün indidən hazırlığa başlayıb. Onun əsas istinad məqamlarından biri Fransadakı erməni diasporu, səsvermə hüququna malik 179,2 min ermənidir.
Eyni zamanda, Cənubi Qafqaz regionunda təsir imkanlarına yiyələnmək istəyən E.Makron Ermənistandan vasitə, daha doğrusu, alət kimi yararlanmaq, danışıqlar prosesində “əsas moderator və vasitəçi” olduğunu göstərmək istəyir.
Bütün bunlarla yanaşı, o, Ermənistan hakimiyyətini kontrolda saxlayaraq müzakirələr və danışıqlar prosesində bəlli geosiyasi dividendlərə sahiblənmək, zərurət duyduqda isə Nikol Paşinyan administrasiyasını ümumiyyətlə, danışıqlarda inkarçı mövqe tutmağa mövq etməyə çalışır.
Məhz bu səbəbdən o, sürəkli olaraq Ermənistanın hakimiyyət mənsubları və Fransadakı ermənilərin siyasi-ictimai liderləri ilə görüşür.
Fransada ən böyük erməni icmasının yaşadığı Marseldə üçgünlük səfərdə olarkən hayların diaspor təşkilatlarının və siyasi strukturlarının rəhbərləri ilə görüşündə E.Makron daimi ampluasına sadiq qalıb.
“Paşinyanın özü ilə müqayisədə İlham Əliyevə daha çox təzyiq göstərmişəm və göstərməyə davam edəcəyəm. Məsələ Paşinyandadır. Yeganə şəxsəm ki, Qarabağla bağlı dəqiq mövqeyə və messicə malikəm”, – E.Makron görüşdə deyib.
Görüş iştirakçılarından biri, Erməni İnqilabi Federasiyası-Daşnaksutyunun Qərbi Avropa Mərkəzi Komitəsinin nümayəndəsi, Fransa “Hay Dat” (“Erməni məsələsi”) Komitəsinin sədri Qraç Varjapetyan bu görüşün iki əsas təşkilatçısından biri olub.
“Görüşdə mənimlə yanaşı, Marseldəki erməni icmasının daha beş təmsilçisi, habelə Fransa Milli Məclisinin Marseldən olan deputatı Sabrina Akresti-Rubaş iştirak edirdilər. Makron danışıqlarla bağlı açıqlamasını jurnalistlərə vermədi, bizimldə söhbətində dedi. Qarabağ məsələsində Fransadan daha qətiyyətli, dəqiq addımlar gözlədiyimizlə bağlı sualımızı ünvanlayanda Makron elə söylədi.
Onun nə demək istədiyini dəqiq anlamadım. Makronun dediyinə görə, Qarabağ məsələsində beynəlxalq arenada, xüsusilə də Avropa İttifaqı çərçivəsində təkdir. Məncə, əsas budur ki, Makron Qarabağ məsələsində qətiyyətlidir”, – Q.Varjapetyan söyləyib.
Fransanın Azərbaycana qarşı sanksiyalar və cəzalar tətbiq etməsi ehtimalına gəldikdə, Makron erməniləri pərişan edib, bu məsələ ilə bağlı heç nə deməyib.
Əslində, son iki ayda E.Makron artıq ikinci dəfədir ki, “Paşinyandan artıq çalışması və Bakıya təzyiq göstərməsi” kimi sarsaq bəyanatlar verir. Son dəfə belə açıqlama Makronun Fransa-Erməni Təşkilatları Şurasının Koordinasiya Kormitəsinin həmsədrləri Murad Papazyan və Ara Toranyanla görüşündə səslənmişdi.
Murad Papazyanla görüşündə erməniyə faktiki olaraq hesabat verən və hətta özünə “bəraət qazanmağa” çalışan E.Makronun davranışı Fransa dövlətinə, xalqına və ümumiyyətlə, siyasəti ilə diplomatiyasına təhqiq sayıalmalıdır.
Sabəb sadədir: Fransanın son 120 illik tarixində dövlət başçısı hələ heç vaxt (!), heç bir səbəbdən (!) və ya heç bir məqsədlə (!) ölkədəki icmalardan birinin nümayəndələri qarşısında belə miskin bəyanatlar verərək özünü alçaltmamışdı.
Makronun ermənilərlə siyasi oyunlarında onun klounadasının primitivliyi o şəddə çatıb ki, daşnaklara hesabat verməklə yanaşı, erməni separatçılarına və millətçilərinə “yardım üçün xidmət”lər təkliv edir.
Emmanuel Makronun davranışı artıq siyasət, diplomatiya, konkret məqsədlərə yönəlmiş intriqa yox, Fransanı dövlət və geosiyasi güc qismində alçaltmaq, nüfuzdan salmaqdır.
Ermənilərlə görüşdə Makronun sürəkli olaraq Nikol Paşinyandan bəhs edərək “onun yetərincə səy göstərməyib qətiyyətli davranmadığına” işarə vurması da təsadüfi deyil.
Fransanın çağdaş siyasi tarixində ən bivec, yaramaz, diletant və volüntarist dövlət başçısı kimi artıq tarixə düşmüş Emmanuel Makron əla bilir ki, görüşdüyü ermənilər Ermənistan hakimiyyəti üçün mənfi obraz daşıyıcılarıdır.
Məsələn, Murad Papazyanla Qraç Varjapetyan 4 il əvvəl Ermənistanda “persona non grata”, yəni “arzuolunmaz şəxs” elan ediliblər. Nikol Paşinyanın göstərişi ilə bu ermənilərə Ermənistana ayaq basmaq qəti qadağan olunub.
Emmanuel Makron anlamamış deyil ki, son iki ayda Fransadakı erməni icmasının rəhbərləri ilə görüşlərində sürəkli olaraq N.Paşinyanı hədəf alması Parislə İrəvan arasındakı münasibətlərə zahirən olmasa da, batinən mənfi təsir edir.
Lakin Makron bunu edir və etməyə davam edəcək, çünki onun Fransadakı erməni icmasının dəstəyinə, seçkilərdəki səslərinə və ən əsası da maliyyə resurslarına ehtiyacı var.
Adətən bütün bəyanatlarında, xüsusilə də xarici siyasətlə bağlı açıqlamalarında aşkar ikiüzlülük edən E.Makron Marseldə ermənilərlə görüşündə söylədiyi “Qarabağ məsələsində belə mövqeyə malik yeganə şəxsəm” deyərkən gerçəyi söyləyib. Bəli, həqiqətədən də qarabağlı ermənilərin sərsəm xəyallarının dəstəklənməsində, dünyanın müxtəlif ölkələrindəki erməni diasporunun Qarabağla bağlı tutduqları mövqelərin translyasiyasında və “anlamla qarşılanmasında” dövlət və hökumət başçıları arasında E.Makron yeganə şəxsdir ki, paradoksal, absurd mövqe tutaraq ermənilərə aşkar hamilik edir.
O, Qarabağdakı separatçıların dəstəkləeməsində ifrat inad göstərir, bu minvalla Bakıya təsir və təzyiq etdiyini düşünür.
Azərbaycana Paşinyandan artıq təzyiq məsələsinə gəldikdə isə, bu ümumiyyətlə, çox pis yalan təsiri bağışlayır.
Məsələn, Avropa Siyasi İttifaqının Kişineuda keçirilmiş sammitində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşiyan arasındakı danışıqlarda Almaniyanın kansleri Olaf Şoltsla birlikdə Emmanuel Makron da müşahidəçi qismində iştirak edirdi.
Üçtərəfli görüşdə tərəf, vasitəçi və illah da ki, moderator olmayan Emmanuel Makron sonradan, görüş və danışıqlar başa çatdıqda qəbul ediləcək üçtərəfli bəyanatı beştərəfli açıqlama formasında olmasına çalışmışdı. Lakin Azərbaycan Prezidentinin bu sərsəm təklifə sərt və qətiyyətli etirazından sonra üçtərəfli birgə bəyanat qəbul edilmişdi.
Lakin Kişineudan Parisə qayıdandan sonra Makron həmin bəyanatı “beştərəfli görüşün yekun bəyanatı” qismində açıqlayaraq gülünc vəziyyətə düşmüşdü.
Elə həmin Kişineuda olarkən Makron Fransadakı erməni icmasının rəhbərlərinə zəng vuraraq qarabağlı erməni separatçıların tələblərini yalnız özünün, təkbaşına dəstəklədiyini, N.Paşinyanla O.Şoltsun susduqlarını söyləmişdi.
E.Makron özünü Avropa İttifaqının siyasi lideri sayır, halbuki Avropanın gerçək geosiyasi liderləri Britaniya ilə Almaniyadır.
Azərbaycanla Ermənistan arasındakı sülh danışıqları prosesində Vaşinqton və Brüssel formatlarını arxa plana çəkərək kölgəyə salmağa, özünü irəli çıxarmağa can atan Makron zərərli davranışında Şarl Mişelin cəhdləri ilə səylərini də dezavuasiya etmək niyyətindədir.
Təəccüblü heç nə yoxdur. Fransanın dövlət başçısı Emmanuel Makronun xarici siyasətində absurd qərarlar, volüntarizm, açıq-aşkar islamofobiya və türk düşmənçiliyi, neomüstəlməkəçilik kimi təmayüllər çox güclüdür.
Məhz belə model Fransanın xarici siyasətini 46 yaşlı çılğın və emosional, siyasi təlxəyə daha çox bənzəyən Emmanuel Makronun bəyanatları ilə qərarları sayəsində xaotik vəziyyətə gətirib.
Biabırçılıq o həddə çatıb ki, Fransanın xarici siyasəti artıq erməni ləhcəsi ilə danışır, kəsif və ürəkbulandırıcı daşnak qoxusu verir.
Zavallı Fransa…