29 Noyabr 2024 20:41

Bu gün şair Əli Kərimin anım günüdür-FOTO

Azadsöz.az xəbər verir ki, görkəmli şair, tərcüməçi Əli Paşa oğlu Kərimov 1931-ci il mart ayının 18-də Azərbaycanın Göyçay şəhərində anadan olmuşdur.

Əli Kərim 1948 ildə ADU-nun Filologiya fakültəsinə daxil olur, burada ehtiyacı olduğu yataqxana olmadığından Teatr İnstitutunun Teatrşünaslıq fakültəsinə keçir, III kursdan Moskvada, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirir və 1955 ildə bu məşhur ədəbi təhsil ocağını fərqlənmə diplomu ilə bitirib Bakıya qayıdır, “Azərbaycan” jurnalının redaksiyasında şeir şöbəsinin müdiri vəzifəsində fəaliyyətə başlayır.

İlk mətbu əsəri 1948 ildə “Azərbaycan pioneri” qəzetində çıxmış “Təzə müəllim” şeiri olmuş, 1957 ildə Moskvada keçirilən tələbələrin VI Ümumdünya Festivalında “İlk simfoniya” poeması mükafata layiq görülmüşdür. İlk kitabı 1958 ildə Azərb. ədəbiyyatı dekadası münasibəti ilə Moskvada rusca çıxan “İki sevgili” kitabı olmuşdur. Bu dövrdən fəal ədəbi yaradıcılıqla məşğul olan şairin ardıcıl olaraq “İki sevgi” (1960), “Həmişə səfərdə” (1963), “Qızıl qanad” (1965), “Qaytar ana borcunu” (1970), “Uşaqlar və ulduzlar” (1971) “Səfərdən sonra” (1972), “Tənbəl ayı balası” (1973), “Seçilmiş əsərləri. I cild” (1974, 1991, 2012, 2013), “Seçilmiş əsərləri. II cild” (1975, 1991, 2012, 2014), “Pillələr” (1978, 1987), “Gül və çörək” (1978), “Qız və kəpənək” (1979), “Qayıt” (1983), “Mavi nəğmənin sahilində” (1991), “Neyləyim, şeirlə dərd söyləyirəm” (1999), “Nə xoşbəxt imişəm bir zaman, Allah!” (2015), “Metronun yaylı qapıları” (2019) və s. kitabları nəşr edilib. “Nə gəlməz oldun”, “Yar gəldi”, “Azərbaycanım mənim”, “Qayıt”, “Nə xoşbəxt imişəm bir zaman, Allah!” və digər şeirlərinə nəğmələr bəstələnilib. Yaradıcılığı haqqında bir çox monoqrafiyalar və məqalələr dərc olunub.

Dillər əzbəri olan, poeziyamızda lirik-psixoloji şeirin yeni mərhələsini açan şeirləri ilə yanaşı, şairin poemaları da milli poeziyamızın incilərindən sayılır. Gerçəkliyin fəlsəfi dərki, hiss və duyğuların səmimiliyi, ən adi kusadasi eskort detalın belə xüsusi şeir mətnində xüsusi məna daşıması, bəşəri motivlərin fərdi talelərdə ifadə edilməsi şairin yaradıcılığının səciyyəvi xüsusiyyətlərindəndir.

Lirik-epik yaradıcılıq tərzi və üslubu şairin “Bir santimetr haqqında ballada”, “İlk simfoniya”, “Heykəl və heykəlin qardaşı” kimi poemalarında həssas müəllif duyumu, lirik qəhrəmanın gerçəkliyə fərdi-psixoloji münasibəti ilə tamamlanır. Şairin yaradıcılığında fərdi-psixoloji duyğularla yanaşı, tarixi personajlara və hadisələrə, ictimai-mənəvi məsələlərə də orijinal poetik münasibət bildirilir. “Qaytar ana borcunu”, “Qayıt”, “Gül və çörək”, “Sevirəm”, “Bomba üstündə ev”, “Çiçəklər iclasda”, “Babəkin qolları”, “Atamın xatirəsi”, “Analar ağlar”, “Metronun yaylı qapıları”, “Gəl, Azərim”, “Habil”, “Van-Qoqun günəşi”, “Kürə yağış yağırdı”, “Daş”, “Həmişə səfərdə”, “Bəzən haqq qazanır insan öləndə”, “Xirosimada məktəbsiz uşaq”, “Şəhidliyin zirvəsi” kimi şeirləri mövzu müxtəlifliyi və məzmunun poetik ifadəsi üsulunun rəngarəngliyi ilə seçilir.

Əli Kərimin yaradıcılığında tarixi şəxsiyyətlərə – Babəkə, Füzuliyə, Nəsimiyə, Müşfiqə, S.Vurğuna, R.Rzaya həsr etdiyi şeirlər də xüsusi yer tutur. Şair bu şəxsiyyətlərin poeziyamızda yeni, fərdiləşmiş, bu günümüz üçün aktuallaşdırılmış obrazını yaradır. Tarixi personajların ənənəvi ədəbi səciyyəsi ilə bərabər, şəxsi obrazını, xarakterini canlandırır. Belə yanaşma tərzi onun özünə münasibətində də aşkarlanır. “Fraqmentlər” şeirində həyatının rəmzi məna daşıyan fraqmentlərini bir araya gətirərək bu mozaik fonda öz şəxsi taleyini və xarakterini yığcam detallarla əks etdirir.

Bir çox əsərləri ölümündən sonra dərc olunmuş Əli Kərimin əsərləri bu gün ədəbiyyatımıza təsir gücünü saxlayır, xatirəsi xalqımızın qəlbində yaşayır.

1969 ilin 30 iyununda Bakıda 38 yaşında vəfat etmiş, Göyçayda dəfn edilmiş şairin dəfn edildiyi yerdə Əli Kərim parkı salınıb, heykəli ucaldılıb.

Bakıda, Göyçayda, Sabirabadda Əli Kərimin adını daşıyan küçələr, Sumqayıtda Əli Kərim adına poeziya klubu vardır.

Ankara escort İstanbul Travesti Shemale İstanbul