Azadsöz.az xəbər verir ki, bu gün Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qaraqurbanlı, Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin sədri Cavanşir Qədirov, Göyçay Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev ilə birlikdə Göyçay çayının sahilində salınan yeni yaşıllıq sahəsində əkilmiş ağaclara baxış keçirib və müvafiq tövsiyələr veribdir.
Bildirilib ki, hazırda həmin ərazidə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilir, təbii gübrələr verilir və vaxtlı-vaxtında suvarılması təmin edilir.
Qeyd edək ki, rayonda ekoturizmin inkişafı, yaşıllıq sahələrinin artırılması üçün rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2023-cü ilin fevral ayında Göyçay çayının şəhər ərazisindən keçən hissəsinin şimalında ağacəkmə aksiyası keçirilmişdir.
Müxbir:Zəka Nağıyev
Xüsusi müxbir: Gülşən Muradova