23 Noyabr 2024 20:23

Təhsil idarəsinin rəisinə cinayət işi AÇILDI

Azadsöz.az xəbər verir ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəisi Rüfət Hacıyev barəsində Quba Rayon Prokurorluğunda cinayət işi açılıb. 

Rüfət Hacıyev barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308,1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

Prokurorluğa edilən şikayət əsasında aparılan araşdırmalardan sonra bu qərar qəbul edilib.

Qeyd edək ki, Rüfət Hacıyev ötən il aprelin 29-da elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Quba-Xaçmaz Regional Təhsil İdarəsinə rəis təyin edilib. 

Ankara escort İstanbul Travesti Shemale İstanbul