Xəbər verdiyimiz kimi ötən gün axşam saatlarında Göyçay şəhərinin Nizami küçəsində yol qəzası baş verib.
Azadsöz.az xəbər verir ki, “Mercedes” və “VAZ 2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində Göyçay rayonunun Ulaşl-Şıxlı kənd sakini 1989-cu il təvəllüdlü Nuriyev Nurlan Fəqan oğlu və 1998-ci il təvəllüdlü rayon sakini Əliyev İlham Səməd oğlu xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdlrma aparılır.
Qeyd edək ki, qəza törədən Nuriyev Nurlan Fəqan oğlu 44 günlük Vətən müharibəsinin qazisi olduğu bildirilir.