Azadsöz.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Göyçay şəhərinin Nizami küçəsində qeydə alınıb.
“Mercedes” və “VAZ 2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində Göyçay rayonunun Ulaşl-Şıxlı kənd sakini 1989-cu il təvəllüdlü Nuriyev Nurlan Fəqan oğlu və 1998-ci il təvəllüdlü rayon sakini Əliyev İlham Səməd oğlu xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.