Azadsöz.az xəbər verir ki, 2022/2023-cü tədris ilinin ümumi orta təhsil səviyyəsi (9 illik) üzrə keçirilən buraxılış imtahanlarında Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şəhər və rayonlar üzrə ən yüksək nəticə göstərən şagirdlərimizin adları açıqlanıb.
Qeyd olunan nəticələr siyahısında regionlar üzrə buraxılış imtahanlarında yüksək bal toplayan Göyçay rayon sakini Əsgərli Leyla Vüqar qızınında adı yer alıb.
Qeyd edək ki, Göyçay şəhəri M.Füzuli adına 6 saylı tam orta məktəbin IX sinif şagirdi Leyla Əsgərli buraxılış imtahanlarından 281 bal toplayıb.