23 Noyabr 2024 18:03

Azərbaycanlı hakimə butulka atdılar

Azadsöz.az xəbər verir ki, Yunanıstan Super Liqasının XXXIII turunda keçirilən PAOK – “Aris” matçını idarə edən azərbaycanlı hakimlər briqadası xoşagəlməz halla üzləşib.

Fanatlar yan xətt hakimi Akif Əmirəlinin başına boş butulka atıblar. Əmirəli butulkanın ona dəyməsinə baxmayaraq, baş hakim Əliyar Ağayevə hər şeyin qaydasında olduğunu bildirib və oyun davam edib.

“Aris” klubu görüşdən sonra hakimlərin idarəçiliklərindən narazı olduqlarını bildirən bəyanat yayıb.

Bu matçda Əliyar Ağayevin digər köməkçisi Zeynal Zeynalov olub.

Ankara escort İstanbul Travesti Shemale İstanbul