“Azadsöz.az” 24.04.2023 -tarixindən 29 .04.2023 cü il tarixinə kimi Göyçay rayonunun bu kəndlər üzrə görülən işlərin həftəlik icmalını təqdim edir:
Azadsöz.az xəbər verir ki, Göyçay rayonunda torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə rayon Suvarma Sistemləri İdarəsinin texnikası vasitəsilə Qarabağlar və Mırtı kəndlərinin ərazisində suvarma arxlarında lil və çöküntülərdən təmizlənmə işləri aparılaraq suyun ötürücülük qabiliyyəti artırılıb.
Azadsöz.az xəbər verir ki, Rayon İcra Hakimiyyəti başçısının Alpout kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşkilatçılığı və kənd sakinlərinin dəstəyi ilə vətəndaşların rahat gediş-gəlişinin təmin olunması üçün kəndin daxili yollarına çınqıl daşı tökülərək cari təmir işlər aparılıb.
Azadsöz.az xəbər verir ki, 26 apreldə rayon İcra Hakimiyyəti başçısının İkinci Ərəbcəbirli və Çaxırlı kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin təşkilatçılığı ilə kənd ərazisindəki yol kənarlarında və şəhid abidələrinin ətrafında təmizlik işləri aparılıb.Şəhərlə yanaşı, rayonun kəndlərində yaşıllıqların artırılması məqsədilə ilə yeni ağacların əkilməsi, suvarma arxlarının qazılması, yolların cari təmir edilməsi və yol kənarlarının kol-kosdan təmizlənməsi davam etdirilir.
Azadsöz.az xəbər verir ki, rayonun Şəhadət kəndində vətəndaşların içməli su təminatının yaxşılaşdırılması məqsədilə nasaz vəziyyətdə olan su artezian qurğuları, borular və ayırıcılar təmir edilərək qaydaya salınmışdır.
Azadsöz.az xəbər verir ki, aprelin 27-də Göyçay Suvarma Sistemləri İdarəsi tərəfindən şəhər ərazisindən keçən “Çərəkə” suvarma arxına texnika cəlb edilərək lildən təmizləmə işləri aparılmışdır.
Həmçinin İdarə tərəfindən kəndlərdə əkin sahələrinin dayanıqlı suvarma suyu ilə təmin edilməsi məqsədilə başlanğıcını Göyçay çayından götürən Ərəb suvarma arxı üzərində olan dükerdə lildən təmizləmə və təmir işləri aparılıb.
Dükerdə aparılan lildən təmizləmə və təmir işləri rayonun Potu, Ərəbcəbirli, Şəhadət, Qarabağlar və Mirzəhüseyinli kəndlərinin əkin sahələrini ümumilikdə 2100 hektar ərazinin suvarılmasını təmin edir.
Rayon ərazisində suvarma təminatının yaxşılaşdırılması məqsədi ilə Göyçay Suvarma Sistemləri İdarəsi və kənd bələdiyyələri tərəfindən suvarma və şirə arxlarında lildən təmizləmə işləri mütəmadi olaraq aparılır.
Azadsöz.az xəbər verir ki, 28 aprel 2023-cü il tarixdə Göyçay rayonunun Çaxırlı kəndində Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Seymur Əliyev, nümayəndənin müavini Xəqani Əzizov, kənd həkim məntəqəsinin, kənd kitabxanasının və kənd mədəniyyət evinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər Zərifə xanım Əliyevanın şərəfli həyat yolundan, elmi nailiyyətlərindən, ictimai xadim kimi əvəzsiz fəaliyyətindən bəhs ediblər.
Azadsöz.az xəbər verir ki, rayonun Ləkçılpaq kəndində vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə kənd bələdiyyəsinin təşkilatçılığı və kənd sakinlərinin dəstəyi ilə 1200 metr məsafədə kəndin “Atamallı” adlanan məhəlləsinə çınqıl daşı tökülərək cari təmir işləri aparılıb.