Azadsöz.az xəbər verir ki, rayonun N.Nərimanov və M.Ə.Rəsulzadə küçələrinin kəsişməsində yerləşən “Sabir bağı” adlanan ərazidə kütləvi tədbirlər keçirmək və rayon sakinlərinin asudə vaxtını maraqlı təşkil etmək üçün mövcud olan yay konsert səhnəsində əsaslı təmir işləri sürətlə davam etdirilir.
Göyçay rayon İcra Hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən səhnənin üst örtüyü yenisi ilə əvəz olunub.Hal-hazırda “Qarabağ Azərbaycandır” sözünü və Azərbaycanın xəritəsini özündən əks etdirən divar kağızının səhnəyə vurulması, bununla yanaşı səhnənin daxilinə monitorun qurulması işləri görülür.
Qeyd edək ki, tezliklə səhnə yeni görünüşdə sakinlərin ixtiyarına veriləcək.