Azadsöz.az xəbər verir ki, 26 aprel 2023-cü il tarixində Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Mərkəzin rəhbəri Elçin İsmayılovun iştirakı ilə Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının, “Azərbaycan Dəmir Yolları” QSC-nin, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin və Azərbaycan Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə sahibkarlar arasında onlayın görüş keçirilib.
Onlayın görüşdə sahibkarlar ixrac olunan kənd təsərrüfatı məhsullarının, xüsusilə tez xarab olan malların sürətli keçidinin təmin olunması, eləcə də meyvə-tərəvəz məhsullarının satışı zamanı üzləşdikləri çətinlikləri səsləndiriblər.
Sahibkarların qaldırılan məsələlərin bir qisminin həllinə yerindəcə köməklik göstərilərək, problem aradan qaldırılıb.Digər çətinliklərin isə tezliklə öz müsbət həllini tapacağı bildirilib.