Azadsöz.az xəbər verir ki, torpaqlardan istifadəyə nəzarətin gücləndirilməsi, torpaq sahələrinin, xüsusilə də kənd təsərrüfatı torpaqlarının təyinatı üzrə istifadəsi, bu sahədə aşkar edilən pozuntulara qarşı mübarizə aparılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq Göyçay rayonunda bələdiyyələr tərəfindən zəruri tədbirlərin həyata keçirilməsi işlərinə başlanılmışdır.
Zəbt edilmiş torpaqlarla bağlı rayonun bütün kəndlərində monitorinqlər həyata keçirilərək müvafiq qərarlar qəbul edilir. Bəzi vətəndaşlara dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq qanunsuz zəbt etmiş torpaq sahəsinin boşaldılmasından imtina edirlər.
Aşağıda adları göstərilən şəxslər barəsində hazırda Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır və həmin şəxslərin məsuliyyətə cəlb edilməsi üçün qanunamüvafiq tədbirlər görülür.
– Bığır kənd sakini Cəbrayılov Muxtar Paşa oğlu;
– Çərəkə kənd sakinləri Mustafayev Şahbuz Bəkir oğlu, Ələkbərov Asif Qubad oğlu;
– Üngütlü kənd sakini Tağıyev Seymur Əvəz oğlu;
– Ulaşlı Şıxlı kənd sakinləri Fərzəliyeva Xatirə Nadir qızı, İsmayılova Kəmalə Ağasəf qızı;
– Cəyirli kənd sakinləri Maqsudov Lütfiyar Sərxan oğlu, Mahmudov Əli Əlimövsüm oğlu;
– Aşağı Qaraməryəm kənd sakinləri Kazımov Bəhər Səfər oğlu, Hüseynov Zülfüqar Həsən oğlu, Həsənov Elşad Həsən oğlu, Cavadov Hümbət Əlisaab oğlu, Tağıyev Bilal Sabir oğlu, Hüseynov Davud Şaban oğlu, Zərbəliyev Mehman İmran oğlu, Kazımov Məcnun Şiralı oğlu;
– Çərəkə kənd sakinləri Kərimova Məlahət ağasəf qızı, Kərimov Əvəz Kərim oğlu, ismayılov Alıxan Şirxan oğlu, Kərimov Dursunəli Kərim oğlu.