Azadsöz.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Sanitar-Təmizlik İdarəsinin təmizlik işçiləri növbəti səliqə-sahman işlərini rayonun X. Natavan küçəsində aparıblar.
Qeyd olunan küçədə yolboyu piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilərin üstü və yolun kənarları plastik qablardan, polietilen torbalardan və digər məişət tullantılarından təmizlənib və həmin ərazi süpürülərək səliqəyə salınıb.
Qeyd edək ki, təmizlik işi Natavan küçəsindən başlayaraq avtovağzal ərazisinə kimi görülüb.Rayonumuzun sakinlərini və qonaqlarını təmizliyə riayət etməyə, ətraf mühiti və təbiətimizi qorumağa çağırırıq.