Azadsöz.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Sanitar-Təmizlik İdarəsinin təmizlik işçiləri növbəti səliqə-sahman işlərini rayonun Heydər Əliyev prospektində aparıblar.
İşlənmiş və yağış sularının kənarlaşdırılması üçün prospektə qoyulmuş kanalizasiya lükü rayonun bəzi vətəndaşları tərəfindən plastik qablar və polietilen torbalar atılaraq tutulduğundan lükdə daşma əmələ gəlmişdir. İdarənin təmizlik işçiləri əraziyə cəlb olunaraq yaranan problemi aradan qaldırıblar.
Bununla yanaşı prospektdə yolunun kənarları alaq otlarından təmizlənərək səliqəyə salınıb.