
“Göyçay Su-Kanal” Törəmə Səhmdar Cəmiyyətinə- YENİ TƏYİNAT (FOTO)
Azadsöz.az xəbər verir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin müvafiq əmri ilə Göyçay Su-Kanal Törəmə Səhmdar Cəmiyyətinin sədri İlham Kərimov vəzifəsindən azad edilib.
Cəmiyyətin digər əmri ilə Mahmudlu Soltan Keylan oğlu Göyçay Su-Kanal Törəmə Səhmdar Cəmiyyətinə rəhbər təyin edilib.
Qeyd edək ki, bu gün yeni rəhbər kollektivə təqdim edilib.