
Atatürk küçəsində arx məişət tullantılarından təmizləndi -FOTO/VİDEO
Azadsöz.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Sanitar-Təmizlik İdarəsinin təmizlik işçiləri tərəfindən gündəlik olaraq rayonun prospekt və küçələri məişət tullantılarından, plastik qablardan, polietilen torbalardan təmizlənməsinə baxmayaraq yenə də rayonumuzun bəzi məsuliyyətsiz sakinləri tərəfindən xoşagəlməz mənzərə ilə rastlaşırıq.
Video vasitəsilə tanış olunacağınız bu mənzərə rayonun Atatürk küçəsində çəkilib. Belə ki, dəfələrlə media və sosial şəbəkələr vasitəsilə rayonun təmizliyinin qorunması ilə bağlı çağrışlar etməyimizə baxmayaraq bəzi vətəndaşlar çirkin əməllərindən əl çəkməyərək içdikləri şüşə, plastik butulkaları və məişət tullantılarını qeyd olunan küçədən keçən arxa atmaqla arxın axının qarşısını kəsirlər.
Qeyd edək ki. xoşagəlməz mənzərə idarənin təmizlik işçiləri tərəfindən arx qeyd olunan tullantılardan təmizlənib və təmizlik maşınına yığılaraq ərazidən daşınıb.Rayonun ekoloji tarazlığını pozan və ətraf mühiti bu cür çirkələndirən sakinlərimiz bilsinlər ki, sanitar-təmizliyin yaxşılaşdırılması məqsədilə rayonun bütün küçələrinə və prospektinə məişət tullantılarının yığılması üçün qoyulan konteynerlər bəzək üçün qoyulmayıb.
Gəlin unutmayaq ki, rayonun təmizliyi üçün gecə-gündüz işləyən Sanitar-Təmizlik İdarəsinin təmizlik işçiləridə bizim kimi bu rayonun sakinləridir. Heç bir fərqimiz yoxdur. Hər birimizin vətəndaş borcudur rayonu təmiz saxlamaq, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissini təbliğ etmək.