Azadsöz.az xəbər verir ki, Göyçay şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyası Göyçay Rayon Heydər Əliyev Mərkəzinin qarşısında baş tutub.
Aksiyada Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və aparatın əməkdaşlari, idarə, müəssisə, ictimaiyyət nümayəndələri iştirak edib.Göyçay Rayon Heydər Əliyev Mərkəzinin qarşısına şam və müxtəlif növ ağaclar əkilib.Yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.
Aksiyanın keçirilməsində əsas məqsəd ölkədə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələri davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir.