Azadsöz.az xəbər verir ki, Göyçay rayonunun prospekt və küçələrində səliqə-sahman yaratmaq üçün gündəlik olaraq Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Sanitar-Təmizlik İdarəsinin işçiləri tərəfindən təmizlik işləri aparılır. Sanitar-Təmizlik İdarəsinin işinin daha da təkminləşdirilməsi və təmizlik işçilərinin sanitariya-gigiyena qaydalarına riayət etməkləri üçün əlavə tədbirlər görülür.
Belə ki, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevin tapşırıq və göstərişinə əsasən Şəhər Təsərrüfatı Birliyinin sədri Cavanşir Qədirov və Sanitar-Təmizlik İdarəsinin rəhbəri Ruslan Məmmədov tərəfindən təmizlik işçiləri mövsümə uyğun yeni geyim formaları və əl əməyində istifadə olunan alətlərlə təmin ediliblər.
Təmin olunmuş geyim formaları və əl əməyində istifadə olunan alətlərlə aşağıdakılardır:
Fosforlu geyim dəsti- 15 ədəd
Fosforlu jilet- 50 ədəd
Su keçirməz plaş- 50 ədəd
Rezin ayaqqabı- 21 cüt
Su keçirməz əlcək- 60 cüt
Əlcək adi-200 cüt
Bel-10 ədəd
Yaba-10 ədəd
Vanna- 20 ədəd
Dırmıq-10 ədəd
Zibil torbası-1500 ədəd