Azadsöz.az xəbər verir ki, martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Eşqin Cəmil oğlu ilə Tovuz rayonunda vida mərasimi keçirilib.
Vida mərasimindən sonra şəhid hərbçimiz Tovuz rayonunun Hunanlar kəndinin qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, E.Hüseynov subay olub, ailədə bir qardaş və bir bacısı var. Şəhidin qardaşı da hərbçidir.