Azadsöz.az xəbər verir ki, Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insident nəticəsində bir nəfər ölüb və iki nəfər yaralanıb.
TƏBİB-nin məlumatına görə, baş verən hadisə ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 12:21 radələrində çağırış daxil olub. Hadisə nəticəsində xəsarət alan 2 nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə edilib.
Bildirilib ki, hazırda onlara zəruri tibbi xidmət göstərilir. Qeyd edək ki, bir nəfər hadisə yerində dünyasını dəyişib.